Alina Xələfova: Şagirdlər qazandıqları gəliri startaplarının inkişafına yatırırlar
"Miniboss Business School"un şagirdləri startaplarından əldə etdikləri gəliri şəxsi xərclərinə deyil, layihələrinin inkişafına yönəldirlər.
BAKU.WS xəbər verir ki, bunu məktəbin rəhbəri Alina Xələfova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tədris prosesi ərzində uşaqlara sahibkarlığın əsas prinsiplərindən biri kimi əldə olunan gəlirin yenidən biznesə investisiya edilməsi aşılanır.
"Şagirdlərə izah edirik ki, qazandıqları vəsaiti xərcləmək əvəzinə layihələrinə yatırmaqla onu daha da böyüdə və inkişaf etdirə bilərlər. Təcrübə göstərir ki, yuxarı yaş qrupunda olan iştirakçılar bu yanaşmanı daha yaxşı mənimsəyirlər. Onlar seçdikləri ideyanın perspektivinə inanır, eyni layihəni illər ərzində təkmilləşdirərək yeni formatlarda təqdim edir və uğurlu nəticələr əldə edirlər. Kiçik yaşlı iştirakçılar isə növbəti illərdə daha çox yeni ideyalar üzərində işləməyə üstünlük verirlər", – deyə A.Xələfova bildirib.
Məktəb rəhbəri qeyd edib ki, uşaqların investorlar qarşısında layihələrini təqdim edərək qrant uğrunda mübarizə aparması diqqətçəkən məqamlardandır.
"Onlar sadəcə maliyyə istəmirlər. Təqdimatlar zamanı layihələrinin mahiyyətini, bazar potensialını, maliyyə ehtiyaclarını və inkişaf perspektivlərini əsaslandırılmış şəkildə izah edirlər. Bu, investorlar üçün vacib göstəricidir. Çünki investorun vəzifəsi yalnız maliyyə ayırmaq deyil, həm də layihənin potensialını qiymətləndirmək və onun inkişafına dəstək verməkdir. Bu dəstək mentorluq, təlim və peşəkar məsləhətlər kimi qeyri-maddi, eləcə də maliyyə vəsaiti şəklində maddi xarakter daşıya bilər", – deyə o əlavə edib.
Oxşar xəbərlər
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə iyunun 13-də "So...