Alimlər müəyyən etdi: kişilər daha tez vurulur, qadınlar isə daha dərin sevir

Alimlər müəyyən etdi: kişilər daha tez vurulur, qadınlar isə daha dərin sevir
Sosial 18

Kişi və qadınların sevgi hisslərini necə yaşadığı ilə bağlı uzun illərdir davam edən mübahisələrə yeni araşdırma aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, alimlərin apardığı beynəlxalq tədqiqat göstərib ki, kişilər qadınlara nisbətən daha tez aşiq olur, lakin qadınlar münasibətlərə daha güclü emosional bağlılıq göstərirlər.

Araşdırma Biology of Sex Differences jurnalında dərc olunub. Tədqiqat çərçivəsində 33 ölkədən 18-25 yaş arası 808 gənc arasında sorğu keçirilib. İştirakçıların hamısı həmin dövrdə aktiv şəkildə sevgi münasibəti yaşayıb.

Nəticələrə görə, kişilərdə güclü romantik hisslərin formalaşması orta hesabla dörd həftə çəkir. Qadınlarda isə bu müddət təxminən iki aya yaxın olur.

Mütəxəssislər bildirirlər ki, kişilər daha tez "səni sevirəm" deyir və münasibətin ilkin mərhələsində hisslərini açıq göstərməyə meyilli olurlar. Qadınlar isə partnyorun etibarlılığını və sabitliyini daha uzun müddət qiymətləndirirlər.

Klinik psixoloq Olga Katelina qeyd edib ki, qadınlar münasibətə emosional baxımdan daha dərin yatırım edir və partnyor haqqında daha çox düşünürlər.

Araşdırma həmçinin göstərib ki, kişilər qarşılıqsız sevgidən daha çox əziyyət çəkirlər. Bunun səbəbi onların münasibətlərdə ilk addımı daha tez atması ilə əlaqələndirilir.

Alimlər vurğulayırlar ki, sevgi davranışındakı fərqlər yalnız psixoloji deyil, həm də bioloji və sosial faktorlarla bağlıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər