Alimenti ödəməyən 2 298 şəxsin ölkədən çıxışına qadağa qoyulub

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib.
Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər.
2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub.
2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülmüşdür.
Oxşar xəbərlər
Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir?
Rus Mədəniyyət Mərkəzi qanun pozuntusuna yol verib. Bu barədə Baku TV-nin mərkəzin binası qarşısından çəkilişi zamanı məlumat verilib. Qeyd edilib ki, Azərbayca...
