Ali məktəblərə qəbul imtahanlarında fərqli standartlar tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ali məktəblərə qəbul imtahanları keçirilərkən ötən ildəkilərdən fərqli standartlar tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, yumşaldıcı tədbirlər həyata keçirilərkən çox ciddi monitorinqlər aparılacaq:
“Vəziyyətin necə dəyişməsi nəzarətdə saxlanılacaq. Təhsil sektoru ilə bağlı qərarlar da bu məsələlər nəzərə alınmaqla qəbul ediləcək. Təhsil Nazirliyi hazırlıq aparır ki, istənilən yeni qərarlar qəbul edilən zaman onun icrasına başlaya bilək”.
Oxşar xəbərlər
İçərişəhərdəki muzeylər bağlandı
İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BAKU.WS-ə məlumat v...