Ali məktəblərə qəbul imtahanları ilə bağlı suallara aydınlıq gətirildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu il ali təhsil müəssisələrinə qəbul imtahanları 20 iyul tarixindən sonra keçiriləcək”.
BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə brifinqdə bildirib.
O deyib ki, sənəd qəbulu onlayn şəkildə keçiriləcək:
“Sənəd qəbulu 12 mayda başlayacaq və 5 iyuna qədər davam edəcək. Ötən ildən fərqli olaraq bu il imtahanın 1 dəfə keçirilməsi nəzərdə tutulub. Müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq”.
M.Abbaszadə sözlərinə əlavə edib ki, martın 1-dən sonra keçirilən mövzular qəbul imtahanına salınmayacaq.
Oxşar xəbərlər
Başqasının yerinə imtahan vermək istəyənlərlə bağlı - Açıqlama
Dövlət İmtahan Mərkəzi başqasının yerinə imtahan vermək istəyənlərlə bağlı açıqlama yayıb. BAKU.WS-ə daxil olan açıqlamada bildirilir: "Dövlət İmtahan Mərkəzi t...