Ali Məhkəmənin hakimi koronavirusa yoluxub
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusa yoluxub.
BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, 2003-cü ildə açıq ürək əməliyyatı keçirən hakimin indiki vəziyyətinin kritik ağır olduğu bildirilir.
Qeyd edək ki, İnqilab Nəsirov 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.
2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
Oxşar xəbərlər
Şeyxülislam Allahşükür Paşazadədən Aşura günü ilə bağlı AÇIQLAMA
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib. BAKU.WS xəbər verir ki, Dini quru...