Albert Aqarunovun heykəli üzərində işlər yekunlaşıb - FOTO

13
okt
2019
21:58
Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin üzərində və ətrafında aparılan işlər yekunlaşıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılan heykəlin yaxın günlərdə açılış mərasimi olacaq.Qeyd edək ki, Albert Aqarunovun şərəfinə abidə ucaldılması ideyasını şəhidin tank komandiri olmuş Hacı Əzimov irəli sürüb. Layihənin icrası Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov tərəfindən akademiyanın müəllimləri Rahib Qarayev və Zamik Rzayevə həvalə edilib. Heykəlin kompozisiyası və eskiz ideyası da Rahib Qarayev və Zamik Rzayevə aiddir.Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Texniki cəhətdən tankı göstərmək mümkün olmadığına görə, qayadan istifadə edilərək fraqment verilib. Abidənin hazırlanması ilə bağlı təkliflər bir il müddətində davam edib. Ömər Eldarov hazırlanan 4 eskizdən birini seçib. Bu ilin aprel ayından isə abidənin hazırlanmasının icrasına başlanılıb. Heykəlin hazırlanması üçün 40 min manat ayrılıb və bu məbləğ materialların alınmasına xərclənib. Müəlliflər isə zəhmət haqqı almadan təmənnasız işləyiblər.Xatırladaq ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.Bu il şəhidin 50 illik yubileyidir.


Oxşar xəbərlər
"Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim" - FOTO
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda ucaldılacaq abidəsinin ideya müəllifi xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldar...
