Aksizli mallar üzrə ilin əvvəlindən gömrükdə 1072 hüquqpozma müəyyən edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən bu günədək həyata keçirilən tədbirlər nəticəsində 1072 hüquqpozma faktı aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin əməkdaşı Orxan Sultanov deyib.
O, bildirib ki, qeydə alınan hallardan 4-ü cinayət xarakterli qanunsuz dövriyyə, 1068-i isə inzibati xəta xarakterlidir.
Bildirilib ki, 1 fakt üzrə gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaşlar aşkarlanıb.
Eyni zamanda, 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış ümumilikdə 73 840 ədəd siqaret müəyyən edilib.
Orxan Hüseynov
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...