Akif Mustafayev koronavirusdan vəfat etdi

Akif Mustafayev koronavirusdan vəfat etdi
Sosial 733

“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri Akif Mustafayev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə “qafqazinfo”ya sözügedən ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib.

D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3 aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”.

Qeyd edək ki, 67 yaşlı A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Akif Mustafayev koronavirusdan vəfat etdi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər