"Air Tastes" xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" (AZAL) QSC sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni "Air Tastes" xidmətini təqdim edib. Bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.
Bu xidmətdən yararlanan sərnişinlərə standart menyu təqdim olunmur - əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, "Air Tastes" ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.
"Air Tastes" xidməti yalnız onlayn qaydada - AZAL-ın rəsmi www.azal.az veb-saytı və ya mobil tətbiqi üzərindən, "Rezervasiyanın idarə olunması" bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.
Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.
Xidmət haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/shorts/nd6ZqJgGauk
"Air Tastes" xidməti ilə səyahətiniz daha komfortlu və dadlı təcrübə ilə yadda qalacaq!
Oxşar xəbərlər
Mobil tətbiqlər fotolarınızı bu halda İZLƏYƏ BİLƏR - TƏHLÜKƏ
İstifadə etdiyimiz mobil tətbiqlərin bir çoxu görünməyən şəkildə fərdi məlumatlarımıza çıxış əldə edə bilir. Bəzən bir kliklə razılaşdığımız şərtlər, əslində ci...