AHİK yollayışların dəyərinin neçə faizini qurumun və vətəndaşın ödədiyini açıqlayıb

Azərbaycanda istirahət məqsədilə verilən yollayışların ümumi dəyərini 15 %-i müraciət edən, 85 %-ni isə həmkarlar ittifaqları ödəyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müşaviri Elkiyar Ziyadov deyib.
Onun sözlərinə görə, müalicə məqsədli arayış alan şəxs isə ayrılıqda 15 %-ni özü ödəyir:
"Əgər arayış alan həyat yoldaşı ilə getmək istəyirsə, həmin şəxs AHİK-ə üzvdürsə, əmək pensiyaçıdırsa, sosial sığorta ödəyicisidirsə, onda 15 % ödəyir. Əks təqdirdə həmin şəxsin həyat yoldaşı 50 %-ni ödəyir, qalanını isə AHİK qarşılayır".
E.Ziyadov bildirib ki, il sonunadək AHİK yollayışların verilməsi prosesində şəffaflığın, operativliyin və əlçatanlığın təmin olunması məqsədilə Skorinq sistemi qurmağı planlaşdırır:
"Bu sistemlə vətəndaşlar bal sisteminə əsasən seçiləcək".
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvlərinin sayı açıqlanıb
Həmkarlar İttifaqına üzvlərin sayı 1 034 701 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat konfran...
