Ağstafada villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş
Ötən gün Ağstafa rayonunda üçmərtəbəli yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Araşdırmalar zamanı müəyyən edilib ki, alovlanan villa sahibkar Mahir Kərim oğlu Xanəhmədovun mülkiyyətindədir.
BAKU.WS Unikal.az-a istinadən xəbər verir ki, Mahir Xanəhmədov Rusiyanın Surqut şəhərində Xantı-Mansi Muxtar Dairəsi - Yuqra diasporunun rəhbəri, həmçinin "Azərbaycan-Surqut" Regional Milli-mədəni İctimai Birliyinin sədri vəzifəsini daşıyır.
Sahibkar ötən il Rusiya Federasiyasında diaspor rəhbəri postuna təyin edilib.
M.Xanəhmədovun diaspor rəhbərliyinə gətirilməsinin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin dəstəyi ilə həyata keçirildiyi bildirilir.
İş adamının altı övladı var.
Qalereya
Oxşar xəbərlər
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər. BAKU.WS xəbər verir...