Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Sosial 41

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Poylu qəsəbə sakini Hidayət Hüseynov koronavirus testinin nəticəsinin pozitiv çıxdığını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduğu halda onun yaşadığı evi tərk etdiyi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə H.Hüseynov evə göndərilib, barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

Ağstafada evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər