Ağstafa-Bakı qatarından istifadə edənlərin NƏZƏRİNƏ - Hərəkət qrafiki dəyişir
"Azərbaycan Dəmir Yolları "QSC (ADY) payız-qış mövsümünə keçidlə əlaqədar Ağstafa-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik edir.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Belə ki, sentyabrın 16-dan qatar Ağstafadan Bakıya saat 16:40-da (əvvəl 18:20-də) yola düşəcək və saat 21:47-də (əvvəl 23:27-də) paytaxta çatacaq.
"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz",- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir?
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sü...