Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı çağırış etdi
27
avq
2024
13:50
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bu barədə BAKU.WS-ə agentlikdən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected]ünvanına məlumat verməkləri xahiş edilir.
Oxşar xəbərlər
Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda nostrifikasiyası zamanı problemlə üzləşmələri ilə bağlı çoxlu şikayətlər var. İddia...