Agentlik bəzi xəstələrə özəl klinikalara göndəriş verilməməsinin səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi laparoskopik xolesistektomiya xəstəliyindən əziyyət çəkən vətəndaşa Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında əməliyyat olunmaq üçün göndəriş verilməməsinin səbəbini açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qurumun Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov deyib ki, agentliyin həmin klinika ilə müqaviləsi aktivdir.
“Hazırda ATU-nun Tədris Cərrahiyə Klinikası bizə dəstək olaraq bir çox əməliyyatlar icra edir. Həmin xanım pasiyentin xəstəlik tarixçəsi agentliyin eskpertiza şöbəsi tərəfindən araşdırılıb. Nəticədə müəyyən olunub ki, təqdim edilən laborator analizlər və digər müayinələrin əməliyyatın təcili olmadığına əsas verib. Həmçinin müraciət edilən əməliyyat növü dövlət tibb müəssisələrində icra olunur. Bu səbəbdən həmin pasiyentə özəl tibb müəssisəsində əməliyyat üçün göndəriş verilməsindən imtina olunub. Yalnız təcili olan hallarda və dövlət xəstəxanalarında icra edilə bilməyən əməliyyatlar üçün özəl tibb ocaqlarına göndəriş verilir”, - o vurğulayıb.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...