Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Foto
Sosial 110

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatıb.

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülüb.

***12:46

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatacaq.

Son xəbərlər