Ağdaşda elektrik enerjisi PROBLEMİ: "Yağışlı, küləkli və qarlı günlərdə işıq üzünə həsrət qalırıq"

Ağdaşda elektrik enerjisi PROBLEMİ: Yağışlı, küləkli və qarlı günlərdə işıq üzünə həsrət qalırıq
Sosial 46

Ağdaş rayonunun Yuxarı Ləki kəndi Azərbaycanın ən böyük kəndlərindən biridir. Ümumilikdə isə Ləki inzibati ərazisi üç kənd və bir qəsəbədən ibarətdir. Sözügedən ərazidə təxminən 20 min nəfərə yaxın əhalisi yaşayır.

Lakin bu kəndin ən böyük problemlərindən biri sakinlərin mütəmadi olaraq işıq üzünə həsrət qalmasıdır.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hava şəraiti dəyişən kimi, kənd sakinlərinin günü çətinləşir:

"Xüsusən də yağışlı, küləkli və qarlı havalarda işıq üzünə həsrət qalırıq. Üstəlik, elektrik dirəkləri və transformatorlar çox köhnədir, naqillər üstüaçıq vəziyyətdədir. Bu isə həm ciddi təhlükə yaradır, həm də tez-tez işıqların sönməsi ilə nəticələnir".

"Dünəndən etibarən hava şəraiti kəskin dəyişib, lakin bu gün səhər saatlarından həmişə olduğu kimi, işıqlar yenə də sönüb və hələ də yanmayıb. Qocalar və azyaşlılar bu vəziyyətə görə daha çox əziyyət çəkirlər. Dəfələrlə şikayət etsək də, problem həllini tapmır", - deyə sakinlər vurğulayıblar.

Məsələ ilə bağlı cavab olaraq aidiyyəti qurumdan bildirilib ki, problem nəzarətə götürüləcək və həlli istiqamətində işlər aparılacaq.

Son xəbərlər