Ağdamda atası tərəfindən şiddətə məruz qalan 2 yaşlı Musa sağalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda atası tərəfindən döyülərək ağır xəsarətlər alan 2 yaşlı Musanın vəziyyəti stabilləşib.
BAKU.WS xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb ki, bir neçə gün əvvəl həyatda qalması möcüzə sayılan azyaşlı artıq təhlükəli mərhələni geridə qoyub.
27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Musa dərhal Komitə tərəfindən nəzarətə götürülüb və aidiyyəti qurumlarla birgə tədbirlər görülüb.
Uşağın vəziyyətinin ağır olması səbəbindən o, təcili qaydada Bakıya – TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. Həkimlərin səyi nəticəsində azyaşlı həyatına yenidən qovuşub.
Hazırda Musanın vəziyyəti stabildir, o, müalicəsini xəstəxanada davam etdirir.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...