Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb
Növbəti köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 11 ailə (48 nəfər) köçürülüb.
Qeyd edək ki, doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
****
Böyük Qayıdış prosesinə uyğun olaraq bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti qayıdışı aparılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, doğma yurduna qayıdan ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailə (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə (48 nəfər) daimi qayıdışı təmin edilib.
Qalereya
Oxşar xəbərlər
Seyidbəyli sakini: Biləsuvarda doğulmuşam, indi isə ata-baba yurduna gedirəm
Xocalının Seyidbəyli kəndinə yola düşən Mirsultan İbrahimov ata-baba yurduna qürurla getdiyini bildirib. BAKU.WS xəbər verir ki, o, "Report"un Qarabağ bürosuna...