Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
10 May tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ağdam və Füzuli şəhərlərində tədbirlər həyata keçirilib. Bu əlamətdar günlə əlaqəli olaraq Ağdam şəhərindəki "Hilton Garden Inn Ağdam Hotel"-də və Füzuli şəhəri 1 nömrəli Mirzə Uluqbəy adına orta məktəbdə Heydər Əliyevin zəngin irsini və fəaliyyətini əks etdirən sənədli filmin təqdimatı baş tutub. Təqdimat saat 11:00-da Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndər Heydər Əliyev və Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BAKU.WS xəbər verir ki, tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış edib. Eyni zamanda, burada iştirak edən Ağdamdan olan ziyalılar Ulu Öndərlə bağlı təəssüratlarını bölüşüblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "İz" sənədli filmi nümayiş olunub.
Həmçinin, Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü ilə alaqədar olaraq Ağdam şəhərində ağacəkmə aksiyası da həyata keçirilib. Aksiya Ağdam Mərkəzi Park ərazisində baş tutub. Burada 103 ağacın əkilməsi planlaşdırılır. Qeyd edək ki, Mərkəzi Parkın inşası prosesi də davam edir. 10 may tarixində burada əkilən ağaclar da layihəyə uyğun icra olub.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...