ADY: Ötən il sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə hərəkətdə olan sərnişin və yük qatarlarına 46 dəfə daş atılıb.
Bu barədə BAKU.WS "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, nəticədə qatarın pəncərələri zədələnib, sərnişinlərin həyatına təhlükə yaranıb, həmçinin bəzi hallarda qatar təcili tormozlama etdiyi üçün qrafikdə gecikmələr yaşanıb.
Qatara ziyan vuranlar Azərbaycanın qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar. Qatara daş atan azyaşlıların valideynləri aşkar edilərək vurulan zərərin qarşılığında cərimələnirlər.
"ADY dəmiryol xətti ətrafında yaşayan sakinləri təhlükəsizliyə əməl etməyə çağırır. Valideynləri övladlarını bu barədə maarifləndirməyə və bu cür qanunsuz hərəkətlərdən çəkindirməyə səsləyir", - deyə qurumun məlumatında deyilir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...