ADY: Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub

Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Bildirilib ki, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Məlumata görə, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Qurum bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.
"Report"un sorğusuna cavab olaraq, ADY-dən həmçinin bildirilib ki, axşam saatlarında qatarların qrafikində hər hansı dəyişiklik yoxdur.
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi
İyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq v...
