ADY: "Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dəmir Yollarında (ADY) isti hava şəraiti ilə əlaqədar əməliyyatları dayandırmağın qeyri-mümkün olduğu səbəbindən istehsalat sahələrində iş növbələrlə icra olunur.
Bu barədə BAKU.WS ADY-nin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, ADY isti hava şəraitində də əməliyyatların dayanıqlı olması məqsədilə əməkdaşlarının sağlamlığı və təhlükəsizliyini təmin edir: “11:00-17:00 arasında günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmağın riskli olduğunu nəzərə alaraq işçilərə istirahət üçün imkan yaradılır, içməli sularla davamlı təchiz edilirlər”.
Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...