ADY gedişhaqqının çox çıxılması iddialarına cavab verdi

ADY gedişhaqqının çox çıxılması iddialarına cavab verdi
Sosial 121

Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalan və Sumqayıtdan Bakıya gələn bir çox sərnişinlərdən 0.80 və 1.20 AZN yerinə 2.40 AZN gedişhaqqı çıxılır.

BAKU.WS xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya həmin reyslərdən istifadə edən sərnişinlər müraciət ediblər.

Onların sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət etsələr də, ödənişləri geri qaytarılmayıb.

Problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC açıqlama verib:

"Martın 13-dən "Mastercard" beynəlxalq ödəniş sistemində həm kart, həm də cihaz vasitəsilə ödəniş zamanı, NFC ödənişlərində balansdan vəsaitin çıxılma məntiqi dəyişib. Belə ki, sərnişin kartını və ya cihazı dəmiryol vağzalı və stansiyalarının turniketlərinə oxutduranda balansında müəyyən məbləğ bloklanıb. Gedişhaqqı çıxıldıqdan sonra qalan məbləğ karta qaytarılır. Lakin artıq bu gündən etibarən "Mastercard" kartları ilə gedişhaqqının əvvəlki qaydada ödənilməsi təmin edilib".

Son xəbərlər