ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalan və Sumqayıtdan Bakıya gələn bir çox sərnişinlərdən 0.80 və 1.20 AZN yerinə 2.40 AZN gedişhaqqı çıxılır.
BAKU.WS xəbər verir ki, bu şikayətlə qafqazinfo-ya həmin reysdən istifadə edən sərnişinlər müraciət ediblər.
Onların sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət etsələr də, ödənişləri geri qaytarılmayıb.
Problemlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sual ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq:
"Martın 13-dən "Mastercard" beynəlxalq ödəniş sistemində həm kart, həm də cihaz vasitəsilə ödəniş zamanı, başqa sözlə, NFC ödənişlərində balansdan vəsaitin çıxılma məntiqi dəyişib.
Belə ki, sərnişin kartını və ya cihazı dəmiryol vağzalı və stansiyalarının turniketlərinə oxutduranda balansında müəyyən məbləğ bloklanıb. Gedişhaqqı çıxıldıqdan sonra qalan məbləğ sonradan karta qaytarılır. Lakin artıq bu gündən etibarən "Mastercard" kartları ilə gedişhaqqının əvvəlki qaydada ödənilməsi təmin edilib".
Oxşar xəbərlər
ADY gedişhaqqının çox çıxılması iddialarına cavab verdi
Bir neçə gündür Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət qatarı ilə Xırdalan və Sumqayıtdan Bakıya gələn bir çox sərnişinlərdən 0.80 və 1.20 AZN yerinə 2.40...
