ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edir.
BAKU.WS bu barədə ADY-yə istinadən xəbər verir.
"Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir. Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır", - məlumatda deyilir.
Bildirilir ki, bunun nəticəsində ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.
Qeyd edək ki, 22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur.
Oxşar xəbərlər
Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
"Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün cənab Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır". B...
