ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Abşeron dairəvi dəmiryol marşrutu üzrə "Dərnəgül" stansiyasının tikintisinə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq ADY-dən məlumat verilib.
"Layihə çərçivəsində stansiyada dörd ədəd platforma, iki ədəd turniket binası inşa olunacaq.
Tikinti işlərinin 2025-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.
Dərnəgül ərazisində eyniadlı stansiyanın tikintisində məqsəd sərnişin daşımalarının səmərəliliyini artırmaqla yanaşı, Abşeron dairəvi marşrutu üzrə nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığını təmin etməkdir", - deyə ADY-dən bildirilib.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...