ADU tələbələrinə saqqal saxlamaq qadağan edilib? - AÇIQLAMA
13
apr
2023
21:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dillər Universitetində tələbələrə saqqal saxlamağın qadağan edildiyi iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Tələbələr bildiriblər ki, rəhbərlik tərəfindən onlara saqqal saxlamağa icazə verilmir. Buna səbəb kimi “İran məsələləri” iddia edilib.
ADU-nun Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar düzgün deyil:
“Universitetdə belə qadağa yoxdur”.
Oxşar xəbərlər
Universitetlərdə "Buster" doza tələb olunur? - RƏSMİ CAVAB
Bildiyimiz kimi, verilən qərara əsasən, “Buster” doza peyvənd vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslərin fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, me...