ADNSU bp-nin yarım milyonluq qrantı hesabına yeni avadanlıqlar ALACAQ

ADNSU bp-nin yarım milyonluq qrantı hesabına yeni avadanlıqlar ALACAQ
Sosial 41

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "bp Eksploreyşn (Caspian Sea) Limited" şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən ayrılmış qrant vəsaitləri hesabına genişmiqyaslı satınalmalar həyata keçirir.

BAKU.WS-in əldə etdiyi məlumata görə, universitet üç ayrı tender elan edib. Layihələr çərçivəsində əsasən tədris prosesinin müasirləşdirilməsi və laboratoriyaların təchizatı nəzərdə tutulur.

İlk tenderdə 355 min 166 manat dəyərində avadanlıq və proqram təminatı alınacaq. Buraya təhsil müəssisələri üçün çoxistifadəçili lisenziyaya malik 3D modelləşdirmə proqramları, elmi-tədqiqat məqsədli dizayn və simulyasiya proqram təminatı, həmçinin yüksək performanslı kompüterlər, monitorlar, monoblok kompüterlər və printerlər daxildir.

İkinci tender çərçivəsində 241 min 331 manat məbləğində mebel və inventarların alınması planlaşdırılır. Buraya tələbə masaları, oturacaqlar, müəllim masaları, kürsülər, həmçinin laborator dəsti və laborator masaları daxildir.

Üçüncü istiqamət isə əlavə avadanlıq və təchizatın alınmasına yönəlib.

Ümumilikdə hər üç satınalma üzrə ayrılan vəsaitin məbləği 596 min manat təşkil edir.

Bu addımların əsas məqsədi universitetin maddi-texniki bazasını gücləndirmək, tələbələrin müasir texnologiyalarla işləmək imkanlarını artırmaq və elmi-tədqiqat laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Son xəbərlər