Adil Əliyev Suraxanıda yağışın fəsad törətdiyi ərazilərə baxış keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Əliyev müavinləri, Suraxanı Rayon MKTB-nin rəisi, Suraxanı Sukanal İdarəsinin və digər qurumların əməkdaşları ilə birgə rayon ərazisində yağışın fəsad törətdiyi ərazilərə baxış keçirib.
BAKU.WS xəbər verir ki, RİH başçısı atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərlə yerində tanış olub.
A. Əliyev yağış sularının toplaşdığı ərazilərdə mövcud problemlərin tez zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib, əlavə nasos motorlarının, həmçinin texnikaların əraziyə cəlb olunması üçün göstərişlər verib.
Qeyd edilib ki, hazırda Zığ qəsəbəsi, Dədə Qorqud adlandırılan yaşayış sahəsində yağışın fəsadlarının tamamilə aradan qaldırılması üçün RİH tərəfindən 330 metr iri diametrli borular, beton lyuklar, dəmir yağış barmaqlıqlar alınıb və Suraxanı Sukanal İdarəsinin işçiləri tərəfindən ərazidə drenaj xəttinin çəkilməsi işləri aparılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...