"Abzas media"nın direktoru Ülvi Həsənlinin və əməkdaşı Hafiz Babalının həbs müddəti uzadılıb

Abzas medianın direktoru Ülvi Həsənlinin və əməkdaşı Hafiz Babalının həbs müddəti uzadılıb
Sosial 32

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər