Abşeronda fərdi yaşayış evi yandı - "Salamat heç nə qalmayıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda yanğın baş verib. Hadisə Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və ətrafdakı evlərə keçməsinin qarşısı alınıb. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.
"Evdə salamat heç nə qalmayıb. Yanğın zamanı biz orada olmamışıq. Yanğınsöndürənlər bizdən əvvəl gəlib alovu söndürüblər", - ev sahibi Səbuhi Fərzəliyev söyləyib.
Hadisənin şahidi olan qonşu Ofeliya Nuriyeva yanğın anını belə təsvir edib: "Mən evdə oturmuşdum, bir də gördüm ki, nəvəm gəlib dedi ki, ay nənə, Rəsmiyyə xalanın evi yanır. Qaçıb getdim, gördüm ki, FHN-in əməkdaşları artıq yanğını söndürürlər. Nədən olub, necə olub, bilmədim".
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...