Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən iş günlərində sərnişin qatarlarının Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət cədvəlində dəyişiklik edilir.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilir ki, yeni qrafikə əsasən, Bakıdan və Sumqayıtdan qatarların hərəkət saatı aşağıdakı kimi təyin edilir:
Bakı-Xırdalan: saat 06:00, 07:25, 07:42, 09:15, 16:30, 18:50, 19:15;
Bakı-Xırdalan-Sumqayıt: saat 17:00, 17:25, 18:20, 20:35;
Sumqayıt-Xırdalan-Bakı: saat 07:55, 08:10, 09:25, 19:10;
Xırdalan-Bakı: saat 06:50, 08:07, 08:14, 08:25, 08:32, 09:44, 10:05, 17:26, 19:29, 19:40, 20:00;
Bakı-Pirşağı-Sumqayıt: saat 06:25 (ekspres), 06:37, 06:50 (ekspres), 08:00, 08:13, 08:30, 08:50, 09:10, 10:00, 11:00, 12:05, 15:00, 15:50, 16:20, 16:50, 17:50, 18:15, 18:30, 18:55, 19:15, 19:35, 20:10, 20:35, 21:00, 22:00, 22:30;
Sumqayıt-Pirşağı-Bakı: saat 06:20, 07:00, 07:13, 07:25, 07:40, 07:50, 08:20 (ekspres), 09:05, 10:15, 10:40, 11:00, 12:00, 15:00, 16:00, 16:50, 17:20, 17:50, 18:10, 18:30, 18:50, 19:30, 19:55 (ekspres), 20:10, 20:35, 21:10, 22:00.
Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.
Oxşar xəbərlər
Salyanda məktəbdə 18 şagirdin zəhərlənməsi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
Salyan rayonunun Aşağı Noxudlu kənd tam orta məktəbində pelet sobasının tıxanmasından yaranan tüstülənmədən 18 nəfər zəhərlənib. Şirvan-Salyan Regional Təhsil İ...