Abşeron dairəvi dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda 6 avqustdan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər 19 avqustdan etibarən tətbiq olunub.
"Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq", - Bəxtiyar Hacıyev qeyd edib.
O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...