ABŞ səfirliyi FIFA 2026 bileti sahibləri üçün prioritet viza görüşləri təşkil edir

ABŞ səfirliyi FIFA 2026 bileti sahibləri üçün prioritet viza görüşləri təşkil edir
Sosial 40

ABŞ-nin Bakıdakı səfirliyi dünya çempionatı bileti sahibləri üçün viza görüşləri təşkil edir.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Bakıdakı səfirliyi vizaların verilməsi prosedurları ilə bağlı görüşləri FIFA 2026 Dünya Çempionatı bileti sahibləri üçün təşkil edəcək. Bu barədə səfirlik öz "X" sosial şəbəkəsi səhifəsində məlumat yayıb.

Səfirliyin yaydığı açıqlamada bildirilib ki, bu il ABŞ-yə səfər etməyi planlaşdıran və FIFA 2026 oyunlarını izləmək istəyən bileti sahibləri ABŞ vizası üçün prioritet görüş əldə etmək imkanına malikdir. Bileti birbaşa FIFA-dan alan şəxslər "FIFA PASS" proqramına qoşula bilərlər.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatında ilk dəfə 48 komanda iştirak edəcək və turnir 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Son xəbərlər