Abituriyentlərin NƏZƏRİNƏ: Ali məktəb və kolleclərə yenidən ərizə qəbulu elan olundu

Abituriyentlərin NƏZƏRİNƏ: Ali məktəb və kolleclərə yenidən ərizə qəbulu elan olundu
Sosial 53

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, mərkəzə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq aşağıdakı kateqoriyadan olan abituriyentlər aprelin 6-dan 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər:

Bu il buraxılış imtahanı vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 4-17 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilmələri barədə məlumat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ərizə qəbulu martın 18-də başa çatmışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...

393 Sosial 17:31 06 sentyabr 2021

Son xəbərlər