SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bəhram Bağırzadə Larisa Dolina haqqında indiyə qədər məlum olmayan faktları açıqlayıb.

"Xanım Kudelman! Sizə əsl soyadınızla müraciət edirəm, çünki artıq nə mən, nə də ölkəmin bir çox vətəndaşları yaradıcı həyatınız boyu çıxış etdiyiniz "Larisa Dolina" səhnə ismi ilə sizi adlandıra bilməyəcəklər. 

Siz, nəin ki, Sovet dövrünün, hətta bütün dünyanın ən qonaqpərvər, gözəl və beynəlmiləl şəhər sayılan Bakıda anadan olmusunuz! Bir çox konfessiya, ənənə, mədəniyyət və xalqların əsrlər boyu sülh içində yaşadığı şəhərlər çox azdır planetimizdə. Bakı bu dünyaya çoxsaylı dahi insanlar bəxş edib. Bunların sıralarında döyüşçü və şairlər, yazıçı və memarlar, alim və rəssamlar, bəstəkar və ifaçılardır.

Vətənim min illik mədəniyyəti ilə hər kəs ilə bölüşüb, sizinlə də həmçinin. Bir çox ölkələrdə tanınan və sevilən Qaya qrupunda bek-vokalist kimi çalışacağınızı inkar etməzsiniz, hər halda! Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan dövlət estrada ansamblının solisti olmamısınız mı?! KVN yığmasının kapitanı Anar Məmmədxanlı ilə tanışlığınız olmayıb mı? Onun evində dəfələrlə qonaq olub, çörək kəsməmisiniz mi?! Ölkəmizə yağan yalançı və cırkın məlumatlarla ömür boyu mübarizə aparan həmin Anar! KVN yığması ilə bir səhnədə çıxış edib, ən yaxşı muğam ifaçılarından sayılan Bilal Əliyevlə birgə ifa etmədiniz mi?! Bəli, bəli, erməni musiqisinin nailiyətlərinə aid etdiyiniz həmin muğam. Təəccüblüsü budur ki, siz, "Gnesinkanın" məzunu olaraq, musiqi tarıxının elementar faktlarını bilmirsiniz...

Muğam, türk, ərəb və fars millətlərinin köklərində yaranıb. İnsanların qəlb və ruhlarından keçərək, o, məhz və yalnız Azərbaycanda  ulduz kimi parladı və UNESCO-nun 2008-ci ildə insan irsinin şedevri elan etdiyi dünya mədəniyyətində möhtəşəm bir hadisə oldu. Ola bilməz ki, bu tarixi hadisə sizdən, Azərbaycanda dünyaya gələn insandan, yan keçdi. Tigran Koesanyanla bir kampaniyada olmağınızın saniyəlik emosiyaları sizi elə sözlər deməyə vadar etdi ki, bu sözlər milyonlarca keçmiş həmyerlilərinizin ürəyini ağrıtdı. "Keçmiş" sözü əsasdır, çünki yalnız bu cür dünyaya göz açdıgınız torpağın mədəniyyətinə olan hörmətsizliyinizi izah edə bilərəm. Sizi İuda ilə müqayisə etmək istəmirəm, amma... Bəlkə şouda birgə çıxış etdiyiniz həmkarınız sizə muğam ifa edə bilən bircə dənə erməni adını çəkə bilər?

Hər halda, siz bu hörmətsizliyinizi Vətənimin ən çətin anında etdiniz - Qarabağda igidlərimizin qanı tökülüyü zaman. Onların analari, bacıları və gəlinləri yasdan çıxmadan, siz yeni zərbəni endirdiniz. Çünkü bir xalqın torpağını, pulunu, hətta həyatını əlindən almaq olar. Ancaq, onun qəlbi sayılan irsi mədəniyyətini almağa heçkəsin haqqı yoxdur! Gün gələcək və biz torpaqıarımızı qaytaracağıq, qanımız tökülən torpağa ağaclar və çiçəklər əkəcəyik! Şuşada mütləq Dünya muğam festivalı keçirəcəyik! Torpağımıza düşmənləri biz çağırmadıq, müharibəni biz başlamadıq. Amma müharibə bitdikdən sonra məhz biz Azərbaycanın ən çətin anlarında əsas xüsusiyyəti-böyük ürəyi qoruyub saxlaya bilənləri qonaq çağıracağıq. Hörmətsiz hərəkətinizlə adınızı torpaqlarımızda görmək istədiklərimizin siyahısından sildiniz!"
 
BAKU.WS