SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında Azərbaycan muğamı erməni musiqisi kimi təqdim olunub. 

BAKU.WS anspress-ə istinadən məlumatına görə, şouda münsiflər heyətində əyləşən bakılı müğənni Larisa Dolina iştirakçılardan biri Aleksey Çumakovun ifasına münasibət bildirərkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib. 

"Muğam ifa etmək inanılmaz çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər yaxşı bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur", - deyə Larisa Dolina bildirib. Həmin məqam videonun 1:00:01 dəqiqəsindən 1:06:15-ə qədər olan hissəsində yer alıb. 
 
BAKU.WS