Sabahın hava proqnozu açıqlandı

Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz 17-21 dərəcə isti olacaq.
Oxşar xəbərlər
RƏSMİ XƏBƏRDARLIQ – Sabah təhlükəli hidrometeoroloji hadisə baş verəcək
17 yanvarda gözlənilən hava şəraiti açıqlanlıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə məluamt yayıb.Veril...
