SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 15 sentyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə, 1 oktyabr 2020-ci il tarixindən isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabinetinin bu barədə 330 №li Qərarı bu gün imzalanıb və rəsmi sayta yerləşdirilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec - 1 oktyabr 2020-ci il tarixindən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu həm də bağçalarda müvafiq hazırlıq işlərinin görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

BAKU.WS