AZAL-dan bu 3 şəhərə səyahət etmək istəyənlərə MÜRACİƏT
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu gündən etibarən çəkisi 10 kiloqramdan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz.
Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj - 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər - üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər.
Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur.
Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.
Oxşar xəbərlər
Bakı-İstanbul-Bakı reysinə bilet satışı başladı
Azərbaycanın milli aviadaşıyıcısının "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı ba...