VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb. 

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Aagentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospektində hər iki istiqamət, M.Useynov - hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi-Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.

Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var.

BAKU.WS
QALEREYA