Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Nəqliyyat vasitələrinin hərəkəti 10 avqust səhər saat 06:00-dan yenidən bərpa ediləcək.

BAKU.WS