SİZİN REKLAM BURADA!
055 213 76 73


“Çox insan poliklinikaya müraciət edir ki, həkim gedib evində sistem vursun. Bu, qəti qadağandır. Epidemioloji nəzarət qaydalarına uyğun deyil və heç vaxt sistem evdə vurulmamalıdır”.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib. O bildirib ki, test nəticəsi pozitiv çıxan xəstə sahə həkiminin nəzarəti altında müalicəsini davam etdirməlidir:

“Ən azı gündə iki dəfə həkim xəstə ilə əlaqə saxlayır. Yüngül gedişatlı xəstəlikdirsə, həmin şəxslərə dövlət tərəfindən ödənişsiz dərmanlar verilir. Birinci mərhələ üçün nəzərdə tutulan preparatlar vitamin C, E, D3, maqnezium, selen, parasetamoldur. İnsan bu dərmanları qəbul etdikdə fəsadları olmadan sağalır. Dərmanlar yalnız həkimin təyinatı ilə verilir.

Ağırlaşma halı baş verən xəstələr 103-ə müraciət edir və onlar xəstəxanaya aparılırlar”.

BAKU.WS