SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından faiz tutulmadan əldə edə bilərlər.

BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu addım “COVID-19” pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə atılıb.

Vətəndaşlar sual yarandığı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərlər.

BAKU.WS