Bu rayonlarda yaşayan təqaüdçülərə ŞAD XƏBƏR

Bu gün 8 rayon üzrə pensiya ödənişləri veriləcək.
BAKU.WS xəbər verir ki, Sumqayıt şəhəri və Abşeron rayonu, Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonlarında yaşayanlar bu gün pensiya alacaq.
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də Ünvanlı Dövlət Sosial Yardımlarının ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə dəyişdirilib.
Eyni zamanda bildirilir ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişlərinizi istənilən bankın bankomatından, eləcə də Azərpoçtun istənilən bankomat və ya posterminallarından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.
Oxşar xəbərlər
Pensiyalar, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin vaxtı dəyişdirildi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhaliyə mür...
