SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb.

Qeyd olunub ki, hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir.

Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin edilməsi üçün müasir yol infrastrukturu yaradılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür.

Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısının da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.

Eyni zamanda küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb.

Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.

Artıq bu küçədə aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılıb.

BAKU.WS
VİDEO

QALEREYA