9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI

9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
Sosial 21

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə sentyabrın 8-dən sentyabrın 10-da saat 23:59-dək ixtisas seçimi elan edir.

BAKU.WS xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.

Boş qalan yerlərin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və "Wolt" tətbiqində sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə yükləmək olar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər