SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış məhəlləsində 1 200 şagird yerlik məktəb binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC-dir.

Qalib şirkətə 7,2 milyon manat ödəniləcək.

BAKU.WS